Kliçko hərbi administrasiyanı ittiham edir

Kliçko hərbi administrasiyanı ittiham edir
  29 Yanvar 2025    Oxunub:491
Kiyevin meri Vitali Kliçko Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət ünvanlayaraq, Ukrayna paytaxtının hərbi administrasiyasının yeni rəhbərliyini hakimiyyəti qəsb etmək cəhdində günahlandırıb.
AzVision.az xəbər verir ki, Vitali Kliçko Zelenskinin ətrafındakı insanların siyasi intriqa ilə məşğul olduqlarını, bu proseslərin kritik xarakter aldığını, Kiyevdə hakimiyyətin tarazlığını pozmağa və yerli özünüidarəni dağıtmağa cəhd göstərildiyini vurğulayıb.

“Kiyev Şəhər Hərbi Administrasiyasının hərbi təhsili və təcrübəsi olmayan, hərbi generalları vəzifələrdə əvəz edən yeni rəhbəri əsas iqtisadi məsələlərin həllinə mane olur. Zərərçəkmiş evlərin bərpası, ziyan görmüş sakinlərə kompensasiyaların ödənilməsi, infrastrukturun bərpası və s. Onun hərəkətləri şəhər idarəçiliyini pozur və paytaxtın həyat təminatına təhlükə yaradır”, - Ukrayna paytaxtının meri prezident Zelenskiyə şikayətlənib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kliçko   Zelenski   şikayət  





Xəbər lenti