Türkiyədən Suriyaya qayıdanların sayı açıqlanıb

   Türkiyədən Suriyaya qayıdanların sayı açıqlanıb
  29 Yanvar 2025    Oxunub:487
Suriyada ötən il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində bu ölkədəki yurd-yuvalarına qayıdan suriyalıların sayı 81 min 576 nəfərə çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Miqrasiya Şurasının 15-ci iclasında çıxışı zamanı məlumat verib. O vurğulayıb ki, 2017-ci ildən indiyədək öz ölkələrinə qayıdan Suriya vətəndaşlarının ümumi sayı isə 821 min 579-dur.

"Suriyanın azadlığa çıxması fonunda vətəndaşlar könüllü, təhlükəsiz, ləyaqətli və müntəzəm surətdə öz evlərinə qayıdırlar", - nazir bildirib.

Xatırladaq ki, dekabrın 8-də Suriyada 24 illik Bəşər Əsəd rejimi müxalif qüvvələr tərəfindən devrilib. Bu ölkədə 2011-ci ildə başlayan vətəndaş müharibə səbəbi ilə bir sıra ətraf ölkəyə, o cümlədən Türkiyəyə məcburi köçən suriyalılar dekabrın 9-dan bəri öz vətənlərinə qayıtmağa başlayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Suriya   müharibə   köç  





Xəbər lenti