Vilyam Hacıyevin ailəsində "Range Rover" davası
Mübahisə səbəbi isə keçmiş prokuror M.Hacıyevin "Range Rover" markalı avtomobilidir.
İddiaçı C.Hacıyeva "Range Rover"in birgə evlilik dövründə alındığını əsas gətirərək yarısına pay hüququnun tanınmasını tələb edir.
Maraqlıdır ki, Hacıyevlər rəsmən boşanmayıblar. Onlar evli ola-ola əmlak davası edirlər. Cavabdeh Hacıyev isə arvadının tələbi ilə razılaşmır. Bu səbəbdən iş məhkəməyə qədər gəlib çıxıb.
Daha bir diqqətçəkən məqam isə odur ki, bu avtomobil Vilyam Hacıyevin cinayət işi ilə bağlı dövlət nəfinə müsadirə edilib. Görünən odur ki, bu tələb qəbul edilsə, iddiaçı müsadirə qərarına qarşı məhkəmə başladacaq.
Qeyd edək ki, Vilyam Hacıyev İmişlinin icra başçısı olduğu müddətdə oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru işləyib. Atası korrupsiya cinayətlərinə görə 8 il 6 aylıq həbsə məhkum edildikdən sonra övladı da işdən çıxarılıb.
Xatırladaq ki, V.Hacıyev həbs ediləndən sonra özü və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.
AzVision.az
Teqlər: