Ermənilərin yarıdan çoxu Aİ-yə can atır

Ermənilərin yarıdan çoxu Aİ-yə can atır
  29 Yanvar 2025    Oxunub:496
Ermənistanda respondentlərin təxminən 55%-i respublikanın Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı ölkə hökumətinin təsdiqlədiyi qanun layihəsinə müsbət yanaşır.
AzVision.az xəbər verir ki, “GALLUP” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri bu reallığı əks etdirir.

Rəyi soruşulanların 23%-i Aİ-yə üzvlük haqqında qanun layihəsinə tam müsbət yanaşır, 31,9% respondentin isə buna münasibəti daha çox müsbətdir. Bu məsələyə onların 12%-i bir qədər mənfi, 19,3%-i tamamilə mənfi yanaşma sərgiləyiblər. 13,8% respondent isə cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələrinə görə, rəy bildirənlərin 51%-i Ermənistanın yaxın 10 il ərzində Aİ-yə üzv olacağına inanır, 40%-i isə həmin müddətdə bunun baş verəcəyinə inanmır.

Bundan əlavə, respondentlərin 27%-nin fikrincə, Ermənistanın Aİ-yə üzv olmaq istəyi və ABŞ-lə imzalanmış strateji tərəfdaşlıq haqqında xartiya ölkənin təhlükəsizlik səviyyəsini yüksəldəcək. Rəyi soruşulanların 24,2%-i isə bunun Ermənistan üçün yeni risklər yaradacağını düşünür.

Qeyd edək ki, 1100 respondentin iştirak etdiyi sorğu sorğu yanvarın 20-22-də keçirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: GALLUP   Ermənistan    





Xəbər lenti