Yaşıl çayın faydaları nələrdir?
"Bundan əlavə 2-ci tip diabetin inkişaf riskini aşağı salır və insulin müqavimətini yaxşılaşdırır. Qan təzyiqini və xolesterin səviyyələrini normallaşdırmağa kömək edir. Tərkibində olan antioksidantlar oynaqlarda və bədəndəki iltihabı azaldır".
Eyni zamanda yaşıl çay dərini qocalmadan qoruyur, akne və sızanaq problemlərini azaldır. Tədqiqatlar göstərir ki, yaşıl çay bəzi xərçəng növlərinin riskini azalda bilər. Süd vəzisi, prostat və bağırsaq xərçəngi kimi geniş yayılan xəstəliklərə qarşı mübarizə aparır.
Bu çay beynin fəaliyyətini yaxşılaşdırır. Sakitləşdirici təsirə malik olan yaşıl çay stresin azaldılmasına kömək edir. Çayın tərkibində olan lazımi qədər kofein bədənə gümrahlıq qatır. Yaşıl çay, həmçinin L-teanin aminoturşusu ilə zəngindir. Bu maddə beyində dofamini artırmağa və alfa dalğaları əmələ gətirməyə qadirdir.
Hər gün 2-3 fincan yaşıl çay içmək sağlamlıq üçün bu faydalardan yararlanmağa kifayət edir. Ancaq həddindən artıq istehlak edildikdə kofein həssaslığı yarada bilər, buna görə də miqdarı nəzərə almaq lazımdır.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: yaşılçay