Overçuk: "Aİ üzvlüyü İrəvana Aİİ bazarlarının bağlanması deməkdir"

    Overçuk: "Aİ üzvlüyü İrəvana Aİİ bazarlarının bağlanması deməkdir"
  29 Yanvar 2025    Oxunub:538
Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçiriləcək iclasında Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinə başlamaq təşəbbüsünə baxılmayacaq.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Bununla belə o qeyd edib ki, Ermənistanın Aİ-yə daxil olmaqla eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakını davam etdirmək imkanının olması barədə müzakirələr əsassızdır. Çünki Avropa ölkələri ilə bazarların açılması Ermənistanın Aİİ dövlətləri ilə bazarlarının bağlanması deməkdir.

Ermənistan Aİ yolunu seçir
Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası cümə günü Almatıda keçiriləcək. İclasda Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərinin inteqrasiya qarşılıqlı fəaliyyətinin artırılması perspektivləri, Avrasiya bazarının fəaliyyəti, makroiqtisadi vəziyyət və birgə layihələrin təşviqi məsələləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, son zamanlar Rusiya-Ermənistan münasibətləri gərginliyin pik həddinə çatıb.

Yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Ölkə rəhbərliyi Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edib. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd edib ki, ölkənin bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.

Rusiyadan bu məsələyə sərt reaksiyalar gəldi. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aİİ  





Xəbər lenti