Kennedinin qızı əmisi oğluna qarşı çıxdı: "Yırtıcı və ikiüzlüdür!"- VİDEO

 Kennedinin qızı əmisi oğluna qarşı çıxdı:    "Yırtıcı və ikiüzlüdür!"- VİDEO
  29 Yanvar 2025    Oxunub:553
ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qızı Karolin Kennedi diqqət çəkən açıqlamalar verib.
CNN-nin yaydığı məlumata görə, o, senatorları əmisi oğlu Robert Kennedinin Səhiyyə və Sosial Xidmətlər naziri vəzifəsinə namizədliyini rədd etməyə çağırıb.

Mask və Kennedi hakimiyyətin Trampa verilməsinə kömək edirlər
Kennedinin qızı senatorlara yazdığı məktubda qohumunu “yırtıcı və ikiüzlü” adlandırıb. Karolin Robertin potensial vəzifəsinin zərərləri barədə danışmağı özünə mənəvi borc bildiyini bildirib. O, həmçinin əmisi oğlunun narahatlıq doğuran davranışlarını, o cümlədən peyvəndlər haqqında ziddiyyətli fikirlərini önə çəkib.

"Mən Bobbini bütün həyatım boyu yaxından tanımışam. Onun yırtıcı quşları ev heyvanı kimi saxlaması təəccüblü hal deyil. Çünki Bobbi özü yırtıcıdır!", - Karolin Kennedi deyib.
Xatırladaq ki, ötən il kiçik Kennedi müstəqil namizəd kimi prezidentliyə namizəd olmuşdu. Lakin o, sonda kampaniyasını dayandırdı və Trampı dəstəklədi.

O xatırladıb ki, illər əvvəl kiçik Kennedi quşlarına yem vermək üçün toyuq və siçanları blenderdən keçirirmiş. Onun zirzəmisi, qarajı və yataqxanası narkotik əldəetmək üçün uyğun məkanlar sayılırdı: "Oradakı atmosfer isə çarəsizlik və zorakılıq səhnələrini xatırladırdı”.

Eyni zamanda, Karolin Kennedi əmisi oğlunun pis vərdişlərdən qurtula bildiyini etiraf edib.

Kiçik Kennedi ötən il müstəqil siyasətçi kimi prezidentliyə namizədliyini irəli sürmüşdü. Lakin o sonda kampaniyasını dayandırdı və Trampı dəstəklədi. Donald Tramp isə prezident seçiləndən sonra Robert Kennediyə özünün komandasında nazir kimi çalışmağı təklif etdi.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Kennedi   ABŞ  





Xəbər lenti