Ombudsman Aparatında Xalq şairi Vahid Əziz ilə görüş keçirilib
Ombudsman milli-mənəvi dəyərlərin təbliğinin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını, Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə göstərdiyi ali qayğının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin, qeyri-maddi mədəni irsin qorunub saxlanılması və inkişafı istiqamətində gördüyü genişmiqyaslı işlərin bugünkü və gələcək nəsillərimiz üçün faydasından danışıb.
Xalq şairi Vahid Əziz öz növbəsində səmimi görüşün təşkilinə görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib, bu cür görüşlərin ənənəyə çevrilməsinin, müxtəlif sahələrdə çalışan insanlara, elm, mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqətin onların gələcək fəaliyyətində stimul yaratdığını qeyd edib. Yekunda Vahid Əziz görüş iştirakçıları üçün seçilmiş şeirlərini səsləndirib, maraqlı fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: