Türkiyədə 3 günlük matəm elan olundu

Türkiyədə 3 günlük matəm elan olundu
  22 İyul 2014    Oxunub:905
Türkiyə höküməti Fələstində baş verən olaylara görə ölkədə 3 günlük matəm elan olunduğunu bildirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Bülent Arınç məlumat verib.

Onun sözlərinə görə, bu gün Nazirlər Kabetinin iclası olub və iclasda bir sıra məsələlər eyni zamanda Fələstin də müzakirə edilib: `Bir çox məsələlərlə bağlı fikir mübadiləsi etdik. Qərara aldıq ki, Fələstin xalqının yanında olduğumuzu göstərmək üçün Türkiyədə sabahdan etibarən 3 günlük matəm elan olunsun`,-deyə, B.Arınç qeyd edib.

B.Arınç həmçinin əlavə edib ki, İsrail Fələstin xalqını kütləvi şəkildə cəzalandırmağa son qoymalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti