Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edilir
Hazırda ərazidə yeni yol yatağının inşası, drenaj quyularının və drenaj borularının quraşdırılması, həmçinin istinad divarlarının tikintisi istiqamətində işlər davam etdirilir.
Yeni yol qovşağının tikintisi Bilgəh, Kürdəxanı, Pirşağı, Novxanı və Balaxanı istiqamətində gediş-gəlişi rahatlaşdırmaqla, ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edəcək.
Xatırladaq ki, sözügedən ərazidə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, avtomobillərin keçmə növbəliliyinin tənzimlənməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təmir-tikinti işləri başa çatana qədər Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi işıqforlar quraşdırıb.
Bununla əlaqədar olaraq, sürücülərə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların və işıqforların tələblərinə riayət etmələri tövsiyə olunur.
AzVision.az
Teqlər: