Netanyahu: `Ədalətli müharibə davam etdiriləcək`

Netanyahu: `Ədalətli müharibə davam etdiriləcək`
  21 İyul 2014    Oxunub:883
Qəzza sektorunda hərbi əməliyyatlar `lazım olduğu qədər` davam etdirləcək.
AzVision.az məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu televiziya vasitəsilə xalqa müraciətində bildirib.

Baş nazirin sözlərinə görə, ədalətli müharibə ölkə vətəndaşları təhlükəsizlikdə olana qədər davam etdirləcək.

Netanyahu əlavə edib ki, bu münaqişəni ABŞ prezidenti Barak Obama ilə müzakirə edib və onu göstərdiyi dəstəyə görə təşəkkür edib.

İsrailin baş naziri ötən gün Qəzzada həlak olan 13 İsrail əsgərinin yaxınlarına da baş sağlığı verib.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib. Ümumilikdə, hərbi əməliyyatlar nəticəsində 501 fələstinli öldürülüb, daha 3135 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti