Əraqçi: "Suriyanın aqibəti hələlik naməlumdur" - VİDEO

      Əraqçi:    "Suriyanın aqibəti hələlik naməlumdur" -  VİDEO
  26 Dekabr 2024    Oxunub:373
"Suriyanın gələcəyi bir çox amildən asılıdır, odur ki qabaqcadan konkret mühakimə yürütmək çətindir".
Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Xəbərlər Şəbəkəsinə (IRINN) açıqlamasında danışıb.

"Cari hadisələrdən nəticə çıxarmaq hələ tezdir. Müxtəlif amillərin təsiri nəticəsində vəziyyət istənilən anda hər iki tərəfin lehinə, ya əleyhinə dəyişə, gələcəkdə gözlənilməz hadisələr meydana gələ bilər", - o deyib.

Xatırladaq ki, Suriyada noyabrın 27-də silahlı müxalif qüvvələr Əsəd rejiminə qarşı genişmiqyaslı hücuma keçib. Müxaliflərin dekabrın 8-də paytaxt Dəməşqə girməsi nəticəsində prezident Bəşər Əsəd istefa verərək Moskvaya qaçıb. Hazırda ölkədə müvəqqəti keçid hakimiyyəti qurulub.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   Suriya   vəziyyət  





Xəbər lenti