İranın Qərblə danışıqlarının vaxtı uzadılıb

İranın Qərblə danışıqlarının vaxtı uzadılıb
  20 İyul 2014    Oxunub:1496
İran İslam Respublikasının nüvə proqramı ilə əlaqədar Vyanada Qərb dövlətləri ilə aparılan danışıqların növbəti mərhələsi başa çatıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, yekunda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi Ketrin Eşton birgə mətbuat konfransı keçiriblər.

M.C.Zərif bildirib ki, danışıqların cari il noyabrın 24-dək uzadılması qərara alınıb. Müzakirələr zamanı bir sıra məsələlərlə bağlı konkret irəliləyişlər əldə olunub. Lakin ziddiyyətli məqamlar da vardır ki, bunlar üzrə də razılığın əldə olunmasına zaman lazımdır.

K.Eşton isə danışıqların davam etdirilməsinin zəruriliyini vurğulayıb və müsbət nəticələrin olmasına ümid etdiyini bildirib.

AzVision.az




Teqlər:  





Xəbər lenti