Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?

   Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
  26 Noyabr 2024    Oxunub:952
Bir müddət əvvəl ölkə mediasında COP29 ərəfəsində və beynəlxalq tədbirin ölkəmizdə keçirildiyi dövrdə müxtəlif dairələrin və xüsusi xidmət orqanlarının Azərbaycana qarşı sabiq diplomatlardan istifadə edərək təxribatlar hazırlaması barədə məlumat yayılmışdı. Kod adı "Cavanşir" olan və uzun müddət xaricdə yaşayan bu şəxslərdən biri artıq istintaq altındadır.

AzVision.az Qaynarinfo-ya istinadən xəbər verir ki, diplomatiya sistemindən uzaqlaşdırılmış "Çaqqal" ləqəbli Ramiz Vəliyev adlı digər şəxs isə ciddi şübhə obyekti olaraq qalmaqdadır.

Bildirilir ki, "kiçik adam sindromu"ndan əziyyət çəkdiyi iddia edilən bu şəxs saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, R.Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib.

Onun diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən "söyüş müxalifəti"nə məlumat ötürən şəxslərdən biri olduğu da deyilir. O, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki "söyüş müxalifəti" ilə əlbir olaraq kompromatlar ötürüb.

Livanda səfirlikdə işləmiş Ramiz Vəliyevin əlaqələrinin araşdırılması isə ayrıca bir mövzu olmalıdır. Misirdəki səfirlikdə çalışdığı dövrə gəlincə, həmin müddətdə onun fəaliyyətinin ancaq içki aludəçiliyi ilə yadda qaldığı bildirilir. Məlumata görə, R.Vəliyev şərqşünas olduğunu iddia etsə də, ərəb dilində heç danışa da bilmir.

Sirr deyil ki, Livan müxtəlif qüvvələrin və casus oyunlarının tüğyan etdiyi bir məkandır. Bakıda olduğu müddətdə bu şəxs dövlət qurumlarında təzədən təmaslar qurmağa, məlumatlar toplamağa və ötürməyə çalışıb.

Ramiz Vəliyevin vaxtilə işlədiyi və həmkar olduğu şərqşünaslarla şübhəli əlaqələr həyata keçirdiyi barədə də məlumatlar var.

AzVision.az



Teqlər:





Xəbər lenti