Ohanyandan Dilqəm Əsgərova qarşı ölüm ittiham

Ohanyandan Dilqəm Əsgərova qarşı ölüm ittiham
  18 İyul 2014    Oxunub:1043
Ermənistanın müdafiə naziri Seyran Ohanyan hesab edir ki, 17 yaşlı Smbat Sakanyanı Kəlbəcərdə tutulan 54 yaşlı Dilqəm Əsgərov öldürüb. Nazir bunu AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib.
“İlkin ehtimallara görə, bu hadisəni təxribat qrupunun sonuncu tutulan 54 yaşlı üzvü Dilqəm Əsgərov törədib”,-deyə Ermənistanın müdafiə naziri bildirib.

İyulun 11-də Ermənistan mətbuatı Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda Azərbaycanın 3 təxribatçısının tutulduğu barədə məlumat yayıb. Media həmin şəxslərin ikisinin Kəlbəcər sakini Dilqəm Əsgərovla Tərtər rayon sakini Şahbaz Quliyevin foto və videosunu yaysa da Cəbrayıl rayonundan olan Həsən Həsənovla bağlı əlavə məlumat verilmir. Bu isə onun öldürülüdüyü barədə məlumatların yayılmasına səbəb olub.
Ermənistan tərəfi həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları olduğunu bildirsə də Azərbaycanın müdafiə nazirliyi bunu təkzib edib və həmin şəxslərin silahlı qüvvələrdə xidmət etmədiyini bildirib. Nazirlik həmçinin bildirir ki, “işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz”.

Saxlanan şəxslərin ailə üzvləri də bildiriblər ki, onlar işğal altındakı torpaqlarda yaxınlarının məzarını ziyarət etməyə gediblər.


Teqlər:





Xəbər lenti