Saakaşvili qəzaya görə Putini günahlandırdı

Saakaşvili qəzaya görə Putini günahlandırdı
  18 İyul 2014    Oxunub:985
Avopanın gözlərin önündə Rusiya zirehli və hava hücumundan müdafiə texnikaları müstəqil Ukraynanın, Avropanın ən böyük ölkəsinin sərhədini keçir, Avropa isə həyasızcasına başqa tərəfə baxmağa üstünlük verir.

AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz “Facebook” səhifəsində qeyd edib.

“Ötən gün Avropa Şurası yenə də Rusiyaya qarşı ciddi sanksilar barədə razılığa gəlmədi. Ötən gün göyərtəsində insanların olduğu təyyarə göydən yerə çırpıldı. Lakin bu faciə birdən-birə baş vermədi, o artıq xeyli vaxtdır ki, hazırlanmışdı. Avopanın gözlərin önündə Rusiya zirehli və hava hücumundan müdafiə texnikaları müstəqil Ukraynanın, Avropanın ən böyük ölkəsinin sərhədini keçir, Avropa isə həyasızcasına başqa tərəfə baxmağa üstünlük verir.

Bir neçə ay əvvəl mən Brüsseldə keçirilən forumda çıxışıma Avropanın ən böyük ölkələrindən birinin xarici işlər naziri öz etirazını bildirdi: “- İndi siz bizə Rusiyaya zərbələr endirməti təklif edirsiniz?” Buna cavab olaraq isə mən “yox, sizə zərbələr vurana qədər gözləyin” dedim. Təbii ki, zalda olan şəxslərin çoxları mənim replikamı qeyri-diplomatik hesab etdilər.

Budur. Heç şübhəsiz ki, Putinin əmri əsasında terrorçulara ötürülən hava hücumundan müdafiə sisteminin raketi göyərtəsində yüzlərlə avropalının olduğu təyyarəni vurdu.

Putin dərhal bütün bu olanlarda Ukraynanı günahlandırmağa başladı. O, abırsızcasına Ukraynanın müqavimət göstərməməli və təyyarələri vurmamalı olduğunu bildirdi. Putin kim üçün danışdığını yaxşı bilir. Bizim Qori şəhərini intensiv şəkildə bomabaladığı zaman holandiyalı jurnalist öldürüldü. Onun avropalı həmkarı bu hadisədə Rusiyanı ittiham etdi, lakin o, eyni zamanda jurnalistin ölümündə Gürcüstanın da günahkar olduğunu bildirdi. Onun sözlərinə görə, Gürcüstan öz müqaviməti ilə Rusiya tərəfindən bombaların atılmasına səbəb oldu. Əlbəttdə bütün bu özbaşınalığın əsas günahkarı Kremldə oturur, lakin Berlin Brüssel. Roma və s.köməkçilərsiz bu Kreml xortdanı hər gün qanlı ova çıxmazdı” –deyə Saakaşvili yazıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti