Səfir Ermənistanla sülhü dəstəklədiyinə görə Putinə təşəkkür edib

Səfir Ermənistanla sülhü dəstəklədiyinə görə Putinə təşəkkür edib
  05 Noyabr 2024    Oxunub:265
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Moskvanın Bakı ilə İrəvan arasındakı sülh prosesinə fəal dəstəyinə görə Prezident Vladimir Putinə təşəkkür edib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu barədə diplomat etimadnaməsinin təqdimetmə mərasimində bildirib.

"Rusiya Prezidenti Vladimir Putinə təşəkkürümü bildirmək istərdim ki, sülh prosesinə belə fəal dəstək verir. Onu (Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı – red.) vəzifəyə rəsmi başlaması münasibətilə artıq təbrik etmişəm. Onunla, belə demək mümkündürsə, konstruktiv münasibətləri Moskvada dəstəkləyəcəyik", - R.Mustafayev deyib.

Rusiya Prezidenti Vladimir Putin tədbir zamanı Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi etdiyini söyləyib.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sülh-prosesi   Rusiya  





Xəbər lenti