Gürcüstan müxalifəti öz planını açıqlayıb - VİDEO

   Gürcüstan müxalifəti öz planını açıqlayıb    - VİDEO
  05 Noyabr 2024    Oxunub:1135
Parlament seçkilərinin nəticələrinin ləğvini tələb edən Gürcüstan müxalifəti gündəlik mitinqlər keçirmək niyyətində olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında keçirilən mitinqdə “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Meliya müxalifətin eiraz aksiyalarının gündəlik xarakter alacağını elan edib.

Meliyanın sözlərinə görə, onlar “rejimi devirəcək bir güclü etiraz hərəkatı” yaratmaq niyyətindədirlər.

“Hər gün küçədə olacağıq. O qədər çox olmalıyıq ki, heç kim bura (parlamentə) girə bilməsin, ancaq Rustaveli üzərində dayanmaq kifayət deyil, biz bütün prospektlərdə dayanmalıyıq. Müxalifətin əsas hədəfi Mərkəzi Seçki Komissiyasıdır. O, seçkilərin ləğv edildiyini açıqlamalıdır. Çünki seçkilərin oğurlandığı sübut olunub: səsvermənin məxfiliyi pozulub, seçkilər oğurlanıb”, - müxalifətçi çağırış edib.

Müxalifət qüvvələri əsas prinsiplər - tələblər üzrə razılığa gəliblər: yeni seçkilərin təşkili; oğurlanmış seçkiləri və parlamentin legitimliyini tanımamaq; müqavimət hərəkatına başlamaq, Tbilsidə və bütün Gürcüstanda müqavimət cəbhəsi yaratmaq; seçkiləri xalqdan oğurlayan bütün günahkarların cəzalandırılması üçün oktyabrın 26-da keçirilən seçkilərdə baş vermiş pozuntularla bağlı beynəlxalq araşdırma üçün sübut və sənədlər toplamaqda davam etmək; hər şeyi birlikdə etmək - bu ümumi bir səbəbdir; mübarizəni son qələbəyə qədər davam etdirmək.

“Tam qələbəyə nail olmaq üçün sizə hər gün təklif edəcəyimiz addımları gəlin birlikdə həyata keçirək”, - Gürcüstan müxalifətinin liderlərindən biri olan Qriqol Vaşadze deyib.

Yeri gəlmişkən, isveçli ekologiya fəalı Qreta Tunberq də Gürcüstan müxalifətinin təlbələrinin reallaşması üçün Tbilisidə keçirilən etiraz aksiyasına qatılıb. Qreta Tunberq onun Gürcüsatana səfərinin səbəbi ilə maraqlanan jurnalistlərə “gürcü xalqı ilə birlikdə demokratiyanı müdafiə etməyə” gəldiyini bildirib.





Sahil İsgəndərov
AzVision.az



Teqlər: Gürcüstan   mitinqlər   Tunberq  





Xəbər lenti