Metronun iş rejimində tənzimləmələr tətbiq ediləcək
Həmçinin, nəzarətçi köşkü yenilənib, əlil arabası istifadəçilərinin rahat keçidini təmin edən zona yaradılıb. Stansiyanın platformasında və keçidlərində avtobus marşrutlarının istiqamətini müəyyən etmək üçün müvafiq nişanlama işləri aparılıb, məlumat lövhələri yerləşdirilib. COP29-un gedişində əlavə tədbirlərin görülməsi də diqqət mərkəzində saxlanılacaq.
Stansiyaların infrastrukturunun fəaliyyətinin təşkili, sərnişin axınının tənzimlənməsi və nəzarət mexanizmlərinin tətbiqi ilə əlaqədar müvafiq hazırlıq tədbirləri görülüb. Şəhər mərkəzi istiqamətində avtobus marşrutlarının yönləndiriləcəyi “Xətai”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında da nəzarət və tənzimləmə mexanizmləri həyata keçiriləcək.
Ümumilikdə, adi iş rejimi şəraitində tətbiq edilən nəzarət qaydaları qüvvədə saxlanılmaqla, əlavə növbətçilik cədvəlləri tərtib edilib. Bütün stansiyaların, həmçinin infrastruktura uyğun digər strukturların rəhbər və mütəxəssisləri cəlb edilərək, metro stansiyalarının infrastrukturuna, mühəndis-texniki qurğulara əlavə nəzarət mexanizmləri təmin ediləcək. Sərnişin məmnunluğu və rahatlığı xüsusi diqqətdə saxlanılacaq.
AzVision.az
Teqlər: