Fotolardan göründüyü kimi, əşyalar arasında Adolf Hitlerin heykəlciyi, svastikalı kiçik bayraq və "Həsən Saleh" adlı şəxsə aid kitab var.
"Bu əşyaların "Hizbullah"çılara aidliyi təsadüfi deyil. Onların məqsədi həmişə eynidir: İsraili məhv etmək", - məlumatda vurğulanır.
CNN: "İsrail İranın hücumuna tam hazırdır" |
Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə Livana qarşı qurudan əməliyyata başlayıb. Öz növbəsində, "Hizbullah"ı dəstəkləyən İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib ki, İsrail bu hücuma qarşı ötən günlərdə cavab əməliyyatı həyata keçirib.
Firudin Həmidli
AzVision.az