Zelenski Ukraynanın Kurska hücumunun səbəbini açıqlayıb

   Zelenski Ukraynanın Kurska hücumunun səbəbini açıqlayıb
  01 Noyabr 2024    Oxunub:830
"Ukrayna Rusiya ərazisini ələ keçirmək niyyətində deyil. Lakin Kursk bölgəsinə hücum Ukrayna münaqişəsinə son qoymağa imkan verərsə, Kiyev bundan yararlanacaq".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Cənubi Koreyanın KBS telekanalına müsahibəsində deyib.

Qeyd edilib ki, əgər Ukrayna tərəfi əməliyyatların təsirli effekt verəcəyini görsə, bu ərazilərdən diplomatik gedişlərdə istifadə etmək niyyətindədir. Eyni zamanda, siyasətçi vurğulayıb ki, Ukraynanın Rusiya ərazilərinə ehtiyacı yoxdur. Ukraynalılar sadəcə öz ərazilərini geri qaytarmağa çalışırlar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti