Türkiyənin kərə yağı Rusiyanın köməyinə tələsir

   Türkiyənin    kərə yağı    Rusiyanın köməyinə tələsir
  31 Oktyabr 2024    Oxunub:420
Türkiyə bir neçə gün əvvəl Rusiyaya kərə yağının ixracına başlayıb və Moskva artıq 20 ton məhsul idxal edib.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın “Rosselxoznadzor” təşkilatı belə məlumat yayıb.

“Türkiyədən Rusiyaya kərə yağının tədarükü bu il oktyabrın 27-dən başlayıb. FQİS “Vetis”in (Baytarlıq sahəsində Federal Dövlət İnformasiya Sistemi) bildirib ki, oktyabrın 29-na olan məlumata görə, Türkiyədən Rusiyaya 20 ton kərə yağı idxal göndərilib”, - xəbərdə deyilir.

Daha əvvəl Rusiyanın Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidməti daxili bazarı doyurmaq və qiymətləri sabitləşdirmək üçün dost ölkələrdən kərə yağı idxalını artırmaq üçün qurumun tədbirlər gördüyünü açıqlamışdı.

Rusiyanın Dövlət Statistika Xidmətinin məlumatına görə, 2024-cü ilin sentyabrının hesabatına əsasən, ölkədə kərə yağının qiyməti ilin əvvəlindən 17,96% artıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   yağ  





Xəbər lenti