830 mindən çox livanlı evini tərk edib

   830 mindən çox livanlı evini tərk edib
  31 Oktyabr 2024    Oxunub:438
830 mindən çox Livan sakini Hizbullah hərəkatı ilə İsrail arasında gərginləşən münaqişə və ümumən Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Livanda 100-dən çox tibb işçisi ölüb
“2023-cü il oktyabrın 8-dən indiyədək 834 746 məcburi köçkün meydana çıxıb ki, onların da 52%-i qadın, 48%-i isə kişidir", - məlumatda qeyd edilib. BMT-nin yaydığı sənəddə o da qeyd olunub ki, məcburi köçkünlərdən 189 298 nəfəri müvəqqəti olaraq 1100 sığınacaqda yerləşdirilib.

Xatırladaq ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar zamanı daha çox təşkilatın Livan ərazisindəki hərbi hədəflərinə kütləvi hava zərbələri endirilir. Sentyabrın 27-də Beyrutda törədilən partlayışlardan biri nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.

Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Livan  





Xəbər lenti