Politico: “Müharibə üçün Rusiyanın vəsaiti tükənir”

      Politico:    “Müharibə üçün Rusiyanın vəsaiti tükənir”
  30 Oktyabr 2024    Oxunub:657
Rusiya hakimiyyətinin maliyyə sektorunda manevr imkanları tükənir. Qərbin Moskvaya pul qazanmasına imkan verən sanksiyalardakı boşluqları bağlamaqla Ukraynadakı müharibənin sonunu yaxınlaşdırmaq şansı var.

AzVision.az xəbər verir ki, “Demokratiyaları Müdafiə Fondu”nun baş elmi işçisi Peter Doran “Politico” nəşri üçün yazdığı məqalədə Vladimir Putinin 2025-ci il üçün 436 milyardlıq dövlət büdcəsinin 145 milyard dollarını hərbi sahəyə xərcləmək niyyətində olduğu vurğulanır. Bu rəqəm Rusiya ÜDM-in 6,3%-ni təşkil edir ki, bu da “soyuq müharibə” dövründən bəri ən yüksək səviyyəli hərbi xərclər deməkdir.

“Rusiya iqtisadiyyatının real yükü ÜDM-in “heyrətləndirici” 10%-nə yaxınlaşır. Rusiya büdcəsi ilə bağlı problem hökumətin müharibə xərclərini ödəmək üçün kifayət qədər pul almamasıdır. Kreml 2023-cü ildə təxminən 34 milyard dollar olan kəsirlə işləməyə məcburdur. Sanksiyalara görə, Moskva beynəlxalq borclar hesabına maliyyə hesabatlarını tarazlaşdıra bilmir və yerli kreditorlara hədsiz faiz – 10 illik istiqrazlar üçün 16%-ə qədər, dərəcələri ödəməyə məcburdur. Bundan əlavə, hakimiyyət “qara gün” üçün ayrılmış Milli Rifah Fondunu boşaldır”, - Peter Doranın məqaləsində vurğulanır.

Müəllif qeyd edir ki, normal şəraitdə Rusiya Milli Rifah Fondunun iki məqsədi var - yaxşı vaxtlarda əlavə vergi gəlirlərini qoruyub-saxlamaq və vəziyyət pisləşəndə neftin ucuz qiymətlərindən sığortalanmaq. Amma son vaxtlar Kreml müharibə xərclərini ödəmək üçün fondu boşaldır. 2021-ci ildə onun likvidliyi 117 milyard dollar idisə, bu gün cəmi 55 milyard dollardır.

Peter Doranın iddiasına görə, mövcud vəziyyət Avropanın və ABŞ-nin Rusiyaya daha çox təzyiq göstərməsi üçün bir fürsətdir. Bunun ən sürətli yolu isə, Rusiya neftinin qiymətinin yuxarı həddini bir barrel üçün 30 dollara endirmək, Çin, Hindistan və Türkiyə, habelə Avropa və ABŞ-də qeyri-qanuni alıcılara qarşı sanksiyaları sərtləşdirməkdir.

Aİ Rusiyanı müharibə üçün necə maliyyələşdirir? - Statistika
Əslində, Peter Doranın bu məqaləsi daha çox Avropa İttifaqının (Aİ) Rusiyadan aldığı enerjidaşıyıcıları hesabına Moskvanı kifayət qədər maliyyələşdiridyi reallığının ifşasını ört-basdır etməyə yönəlmiş sifariş təsiri bağışlayır. Belə ki, Qərbin sərt sanksiyalar rejimində boşluqlardan yararlanan xeyli vəsait qazana bilir.

Ən elementar hesablamalara görə, Moskva enerji satışından hər ay təxminən 9 milyard dollar vergi gəliri əldə edir ki, bunun da təxminən 1 milyard dolları Aİ-nin payına düşür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   müharibə   xərclər  





Xəbər lenti