Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib

Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib
  29 Oktyabr 2024    Oxunub:816
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası 11-ci çağırış parlamentdə 89 yer tutacaq.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat dərc edilib.

Bildirilib ki, parlamentdə ən çox yer tutan ikinci partiya müxalif “Dəyişiklik üçün Koalisiya”dır. Bütün səslərin 11,034%-ni qazanan koalisiya parlamentdə 19 yer tutacaq.

Ümumilikdə 5% -lik seçki baryerini 5 partiya/koalisiya keçərək parlamentə düşə bilib. Sabiq Prezident Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının da olduğu “Birlik-Milli Hərəkat” koalisiyası isə parlamentdə 16 mandat əldə edərək üçüncü yerə düşüb. Bununla da “Vahid Milli Hərəkat” partiyası ana müxalifət partiyası statusunu itirib. “Güclü Gürcüstan” 14 mandat, “Qaxariya Gürcüstan üçün” partiyası isə 12 mandat əldə edib.
Məlumatda qeyd olunub ki, 148 mandat partiyalar arasında bölüşdürülüb, bölüşdürülməmiş 2 mandat isə ən yaxşı göstəricilərə malik “Gürcü Arzusu” və Qvaramiya və Melianın “Dəyişiklik üçün Koalisiya”sı arasında bölüşdürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti