Ukrayna Rusiya hərbi aerodromunu vurdu

Ukrayna Rusiya hərbi aerodromunu vurdu
  20 Oktyabr 2024    Oxunub:1279
Oktyabrın 20-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Lipetsk-2 hərbi aerodromuna hücum edib.

Ukrayna mətbuatının məlumatına görə, hədəfləri döyüş sursatı anbarları, yanacaq-sürtkü materialları və təyyarə avadanlığı anbarları olub. Aerodromda Rusiya Aerokosmik Qüvvələrinin Su-34, Su-35 və MiQ-31 təyyarələrinin yerləşdiyi məlumdur.

Bundan əvvəl Ukrayna Müdafiə Qüvvələrinin Rusiyanın Dzerjinsk şəhərində artilleriya sursatları, ağır bombalar üçün kimyəvi maddələrin istehsal edildiyi Sverdlov zavoduna hücum edib. Zavodun ərazisində idarə olunan aviabombaların saxlandığı iddia edilir.

Ukrayna Baş Qərargahı qeyd edir ki, hər iki obyektin ərazisində çoxsaylı partlayışlar qeydə alınıb.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:





Xəbər lenti