Şengen vizası iyunun 11-dən bahalaşacaq

       Şengen vizası iyunun 11-dən bahalaşacaq
  21 May 2024    Oxunub:1203
Şengen vizası iyunun 11-dən bahalaşacaq. Böyüklər üçün qiymət 90 avro, altı yaşdan 12 yaşa qədər uşaqlar üçün isə 45 avro olacaq.
Bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Avropa Komissiyası inflyasiya səbəbindən qısamüddətli Şengen vizasının (C növü vizası) qiymətini 12% artırmaq qərarına gəlib.

Avropa Komissiyası hesab edir ki, Şengen zonası üçün viza rüsumları hələ də nisbətən aşağıdır. Məsələn, ABŞ-a viza 185 avro və ya 172 avro, Böyük Britaniyaya isə 115 funt sterlinqə (134 avro) başa gəlir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti