Lavrov: "Rəisi Rusiyanın etibarlı dostu idi"

      Lavrov:    "Rəisi Rusiyanın etibarlı dostu idi"
  20 May 2024    Oxunub:1131
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Prezidenti İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir Abdullahiyanın helikopter qəzasında həlakına münasibət bildirib.
AzVision.az xəbər verir ki, o bu şəxslərin Rusiyada "əsl etibarlı dostlar kimi tanındıqlarını" vurğulayıb.

"Qarşılıqlı faydalı Rusiya-İran əməkdaşlığının, etibarlı tərəfdaşlığın gücləndirilməsində onların rolu əvəzsizdir. Onların ailələrinə, yaxınlarına, eləcə də bütün dost İran xalqına səmimi-qəlbdən başsağlığı veririk. Bu kədərli gündə düşüncələrimiz və qəlbimiz sizinlədir", - Lavrov diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   Rusiya   Prezident   vəfat  





Xəbər lenti