İran səfirliyində bayraqlar yarıya qədər endirildi

 İran səfirliyində bayraqlar yarıya qədər endirildi
  20 May 2024    Oxunub:1149
İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib.
Bu addım adı çəkilən ölkənin Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopterin qəzaya uğraması münasibətilə matəm əlaməti olaraq atılıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub. Ekipajda iki pilot və bir texniki işçi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti