Çin-ABŞ ticatrət savaşı Almaniya iqtisadiyyatına zərər vuracaq
Bununla belə, Almaniyanın “N-TV” telekanalında gedən materialda qeyd olunur ki, ABŞ administrasiyasının bir sıra Çin mallarına, o cümlədən elektrik avtomobillərinə qarşı tətbiq etdiyi yeni qoruyucu rüsumlar hətta bu cüzi artımı da təhlükə altına qoyur.
Avropadakılar ABŞ-da qoruyucu rüsumların tətbiq olunduğu Çin mallarının Avropa bazarına çıxacağından qorxurlar. Çünki Avropa şirkətlərinin istehsal etdiyi elektromobillər Çinin buraxdığı elektromobillərlə rəqabət apara bilməyəcək.
Hərçənd “Wolkswagen” konserni də daxil olmaqla alman avtomobil istehsalçıları Çin şirkətləri ilə, o cümlədən elektromobillərlə bağlı əməkdaşlığı inkişaf etdirir. Özü də alman şirkətlərinin istehsal etdiyi məhsulların yalnız Çin bazarına deyil, ABŞ-a da tədarük ediləcəyi gözlənilir. Lakin Çindən ABŞ-a gətirilən elektromobillərə 100%-lik gömrük rüsumunun tətbiqindən sonra bu perspektiv sual altına düşür.
“Tui” şirkətinin Direktorlar Şurasının sədri Sebastyan Ebel bildirib ki, Almaniya hazırda pul qazanmağın çox çətin olduğu bazarlardan biridir.
“Biz Almaniyada sənayesizləşmənin şahidi oluruq. Biz fəaliyyətsiz hökumət görürük və bunun fonunda Almaniyada təcili islahatlara ehtiyac var”, - Sebastyan Ebel “N-TV” telekanalına müsahibəsində bildirib.
Almaniyada ekspertlər 2025-ci ildə vəziyyətin tənzimlənəcəyini və iqtisadi artımın 0,9 faiz olacağını gözləyirlər. Amma Amerika administrasiyasının Çinə qarşı apardığı siyasət nəticəsində fonunda bu ümidlər özünü doğrultmaya bilər.
Almaniyanın Xarici Ticarət Federasiyasının direktoru Antonin Finkelburq indi ABŞ-a getməyəcək bütün malların Almaniyaya, Avropaya və Cənubi Amerikaya yönələciyini proqnozlaşdırır.
- Bu baxımdan, Çindən gələn bu məhsul bolluğu, həddindən artıq istehsal əslində mövcuddur və bizim üçün iqtisadi problemə çevrilir”, - Finkelburq deyib.
Hələlik bunların hamısı hipotetik varianlar olsa da, Avropa İttifaqı Çinin elektrik avtomobillərinə qoruyucu rüsumların tətbiqi imkanlarını da öyrənir.
Qeyd edək ki, ABŞ-nin avropalı tərəfdaşları üçün ilk problem yaratması ilk dəfə deyil. Bir müddət əvvəl Bayden administrasiyası elektromobil isrtehsalçıları da daxil olmaqla, yüksək texnoloji şirkətlər üçün özündə böyük güzəştləri ehtiva edən “İnflyasiya Aktı” adlı qanun qəbul edib.
Avropada, o cümlədən ən yüksək səviyyələrdə, hətta Almaniyanın kansleri Olaf Şoltz da amerikalıların bununla avropalı konsernləri istehsalı ABŞ-a köçürməyə təşviq etdiklərini vurğulamağa başladılar.
Lakin bu bəyanatlar Vaşinqtonda o qədər də təəssürat yaratmadı, zaman keçdikcə isə avropalı siyasətçilər və rəsmilər, ən azı publik şəkildə bu mövzuya çox az diqqət yetirməyə başladılar.
Başqa sözlə desək, Vaşinqtonun onların dedi-qodu səviyyəsində bəyanatlarına etinasızlığı Avropanın əslində ABŞ-nin buyruq quluna çevrildiyiyni bir daha sübuta yetirdi.
Sahil İsgəndərov
AzVision.az