Rəisinin axtarışına 65 xilasetmə qrupu cəlb edilib

   Rəisinin axtarışına 65 xilasetmə qrupu cəlb edilib
  19 May 2024    Oxunub:1685
İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışına cəlb edilən axtarış-xilasetmə qruplarının sayı artırılıb.
Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahı məlumat yayıb.

Qeyd olunur ki, “qəza bölgəsində hava şəraiti ilə bağlı yaranmış çətinliyə görə, eləcə də gecə saatlarında axtarış işlərini sürətləndirmək üçün” xilasetmə qruplarının sayı 65-ə çatdırılıb.

Bir müddət əvvəl Iranın "Tasnim" agentliyi prezident İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi barədə məlumat yayıb.

Bildirilib ki, qəza İ.Rəisi Azərbaycan Respublikası ilə ümumi sərhəddə "Qız qalası" bəndinin açılışından qayıdarkən baş verib.

Prezidentin kalonunda üç helikopter olub. Çoxlu sayda nazir və məmuru daşıyan helikopterlərdən ikisi sağ-salamat yerə enib.

Digər helikopterin tapılması üçün əraziyə xilasetmə qrupları cəlb olunub. Bu helikopterdə dövlət başçısı ,Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti olub.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti