Xətaidə ev yanıb

Xətaidə ev yanıb
  24 Aprel 2024    Oxunub:792
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m², 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo, 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə qismən yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: hadisə   yanğın   FHN  





Xəbər lenti