Azad edilmiş ərazidə ilk hərrac keçiriləcək
Hərracda Laçında yerləşən “Əhmədli” (45,2 ha) və Qubadlıda yerləşən “Hacılı” (18,5 ha) mişar daşı yataqları investorlara təklif olunacaq.
İddiaçılar hərracda iştirak üçün tələb olunan sənədləri 5 iyun 2024-cü il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər.
Hərrac Zəngilan rayonu, Ağalı Kənd İcma Mərkəzinin inzibati binasında keçiriləcəkdir.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında ( https://bit.ly/44aKyqB ) və “Özəlləşdirmə portalı”nda (https://bit.ly/4aNreCh) tanış olmaq olar.
AzVision.az
Teqlər: