Poroşenko hərbi əməliyyatları bərpa etdi

Poroşenko hərbi əməliyyatları bərpa etdi
  01 İyul 2014    Oxunub:1084
Ukrayna prezidenti Pyotr Poroşenko birtərfli qaydada elan olunan atəşkəs rejimini dayandırıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən məlumat verir.

Bui barədə prezident Milli Təhlukəsizlik və Müdafiə Şurasının iclasının yekunları barədə məlumat verərkən bildirib: “Biz hücum edəcəyik və öz torpaqlarımızı azad edəcəyik. Bu bizim regionda dinc əhalini təhqir edən, regionda iqtisadiyyatına normal fəaliyyət göstərməsinin qarşısını alan, pensiya və əmək haqqlarının verilməsinə mane olan, dəmiryolu və su borularını partladan terrorçulara, yaraqlılara olan cavabımızdır”.

Poroşenko həmçinin bəyan edib ki, onun təklif etdiyi sülh planı hələ də qüvvədədir: “Ukrayna və Donbass regionu üçün səsləndirdiyimiz sülh planı hələ də qüvvədədir. Silahsızlaşdırma, Rus-dilinin sərbəst şəkildə istifadə olunması, dövlət hesabına dağılan evlərin bərpası, yeni iş yerlərinin açılması ilə bağlı Avropa İttifaq ilə birgə proqram və s təkliflər hələdə öz qüvvəsindədir. Tərəflərin sülh planına əməl etdiyini gördüyümüz təqdirdə biz hətta atəşkəs rejimində qayıtmağa hazırıq”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti