Kilsələrə hücum: 54 ölü

Kilsələrə hücum: 54 ölü
  30 İyun 2014    Oxunub:1258
Nigeriyada islamçılar bir neçə kilsəyə hücum edib.
AzVision.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə,hadisələr nəticəsində ən azı 54 nəfər öldürülüb.

Terror aktları ölkənin şimal-şərq regionlarında törədilib. İlkin məlumatlara görə, ən azı 3 kilsə tamamilə yandırılıb. Hazırda cəsədlərin axtarışları ilə bağlı əməliyyatlar davam etdirilir.

Hadisəyə görə, məsuliyyəti heç bir qruplaşma götürməyib. Lakin yerli rəsmilər hadisənin radikal “Boko Haram” təşkilatı tərəfindən törədildiyini iddia edirlər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti