Xəzərin ekoloji problemlərinin həlli istiqamətində əməkdaşlığı dəstəkləyirik
"Ətraf mühit və ekoloji sahədə aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, cari ilin noyabr ayının 11-dən 24-dək ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycan ev sahibliyi edəcək. Qürurverici haldır ki, bu mötəbər tədbir çərçivəsində ölkəmizin Baş Prokurorluğu tərəfindən iqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiyanın təşkili planlaşdırılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində Xəzəryanı dövlətlərin əməkdaşlığını dəstəkləyir".
AzVision.az
Teqlər: