Ağalarovlar terror qurbanlarına yardım üçün 100 mln. rubl ayırıblar

   Ağalarovlar terror qurbanlarına yardım üçün 100 mln. rubl ayırıblar
  27 Mart 2024    Oxunub:984
Azərbaycanəsilli rusiyalı iş adamları Araz və Emin Ağalarovlar "Crocus City Hall"da terror aktı qurbanlarına yardım naminə 100 milyon rubl ayırıblar.
AzVision.az xəbər verir ki, bu barədə Ağalarovlara məxsus "Crocus Group" məlumat yayıb.

Xatırladaq ki, martın 22-də axşam saatlarında 4 silahlı şəxs "Crocus City Hall"a soxularaq, insanlara atəş açıb və konsert zalında yanğın törədiblər. Nəticədə 140 nəfər həyatını itirib, 180 nəfər xəsarət alıb.

Rusiya hüquq mühafizə orqanları terror aktını törətməkdə şübhəli bilinən şəxsləri Bryansk vilayətində yaxalayıb. Məhkəmə həmin 4 nəfər və onlara cinayəti törətmək üçün yardımda təqsirləndirilən daha 4 nəfər barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçib.

AzVision.az


Teqlər: Rusiya   terror-aktı   yardım  





Xəbər lenti