Blinken Misirə gedib

   Blinken Misirə gedib
  21 Mart 2024    Oxunub:1043
ABŞ Dövlət katibi Antoni Blinken Misirə səfəri çərçivəsində prezident Əbdülfəttah Əs-Sisi ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Tərəflər Qəzza zolağında atəşkəs prosesi ilə bağlı müzakirə aparıblar.

Blinken həmçinin İsrail üçün təhlükəsizlik zəmanəti çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılması zərurətini dilə gətirib.

Bu, ABŞ rəsmisinin İsrail-HƏMAS müharibəsi başlayandan bəri Yaxın Şərqə 6-cı səfəridir. O, Misirdən əvvəl Səudiyyə Ərəbistanına gedib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Misir   səfər   görüş  





Xəbər lenti