Azərbaycanda aktyor özünü öldürmək istədi

Azərbaycanda aktyor özünü öldürmək istədi
  28 İyun 2014    Oxunub:1010
Bu gün saat 17:30 radələrində Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrah im Salamov intihar etmək istəyib.Özünü teatrın binasının damından atmaq istəyən aktyorun intihar cəhdinin qarşısı polislər tərəfindən alınıb.
Aktyor intihar etmək istəməsinə səbəb kimi işinə olan maneələri göstərib. Polislər onun danışmasına imkan verməyiblər. Və aktyor polis bölməsinə aparılıb.

Bu barədə musavat.com-a hadisə yerində olan şahidlərdən Müsavat Partiyası Mingəçevir Şəhər Təşkilatının sədri Nurəddin Rüstəmli məlumat verib.

N.Rüstəmli hadisə barədə bunları deyib: “Bu gün Mingəçevir Dram Teatrının aktyoru İbrahim Salamov özünü teatrın binasının damından atmaq istəyirdi. Hadisə yerinə çatdığım zaman polislər artıq onu binadan düşürürdülər. Mən onların qarşısını kəsib bunun səbəbini soruşdum. İbrahim Salamov “məni işləməyə qoymurlar, artıq bezmişəm” dedi. Bu zaman polislər ona danışmağa imkan vermədilər. Qolundan zorla tutaraq apardılar”.


Teqlər:  





Xəbər lenti