Əsəd İŞİD-i bombaladı- 57 ölü, 120 yaralı

Əsəd İŞİD-i bombaladı- 57 ölü, 120 yaralı
  26 İyun 2014    Oxunub:1114
Suriyanın hərbi təyyarələri İŞİD-i bombalayıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əsəd gücləri İraqla sərhəddə yerləşən əl-Qaim bölgəsini bombardman edib.

İraqlı rəsmilər CNN-ə açıqlamalarında bildiriblər ki, İŞİD-in nəzarətində olan bölgəyə edilən hava hücumu nəticəsində 57 mülki şəxs həlak olub, 120 nəfər isə yaralanıb.

Ağ Evin sözcüsü Coş Ernest isə mətbuat konfransında bildirib ki, İraqdakı vəziyyət Əsəd rejiminin müdaxiləsi ilə həll oluna bilməz:

“İŞİD-in böyüməyinə Əsəd rejiminin öz xalqına qarşı zorakılığı səbəb olub. Ona görə də İraqdakı vəziyyətin həlli bu ölkədəki təhlüksəzilik qüvvələrini gücləndirməkdən asılıdır”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti