NATO Rusiya ilə əməkdaşlıqdan imtina etdi

NATO Rusiya ilə əməkdaşlıqdan imtina etdi
  25 İyun 2014    Oxunub:850
NATO baş katibi Anders Foq Rassmusen bəyan edib ki, alyans Rusiya ilə praktiki əməkdaşlıığn dayandərəımasə barədə qərarı uzatmaq niyyətindədir.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Biz Rusiyanın addımlarında heç bir dəyişiklik görmürük. Bizim vətəndaş və hərbi sahədə əməkdaşlığın dayandırılması barədə qərarı uzatmaqdan başqa variantımız yoxdur”, - deyə Rasmussen bildirib.

O, həmçinin bildirib ki, NATO sentyabr ayında keçiriləcək sammitdə Gürcüstana alyansa üzv olmaq barədə plan təqdim etməyəcək.

Qeyd edək ki, aprelin birində NATO Rusiya ilə vətəndaş və hərbi sahədə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti