Lindsi Qrem: “Bunu yer üzündən silin”

      Lindsi Qrem:    “Bunu yer üzündən silin”
  29 Dekabr 2023    Oxunub:1050
ABŞ konqresinin respublkaçı senatoru Lindsi Qrem İran ərazisindəki obyektlərə zərbə endirməyə çağırıb.
AzVision.az xəbər verir ki, Lindsi Qrem “Fox News” telekanalının efirində İranda bir sıra hədəfləri yer üzündən silməyi tövsiyə edib.

“Husilər tamamilə İrandan asılıdır. Mən altı aydır deyirəm ki, İranı vurmaq lazımdır. Onların neft yataqları var, kosmosdan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kosmosdan görünən qərargahı var. Onu yer üzündən silin” , - respublikaçı senator deyib.

Yaxın Şərqdə gərginliyin səbəbini ABŞ-nin “zəifliyi”ilə əlaqələndirən senator, həmçinin “almanları və yaponları” məğlub etmiş Vaşinqtonun husilərə də qalib gəlməyə borclu olduğunu bildirib.

Qeyd edək ki, İran tərəfindən maliyyələşdirilən və dəstəklənən husilər 2015-ci ildən Yəməndə hakimiyyətə nəzarət edən silahlı şiə qruplaşmasıdır. Noyabrın sonunda husilər “Qəzza zolağında İsrail-Amerika iyrənc təcavüzünə” cavab olaraq Qırmızı dənizdəki bütün İsrail gəmilərini batıracaqlarını bildiriblər. Elə həmin həmin gün onlar göyərtəsində 22 nəfərin olduğu yük gəmisini ələ keçiriblər.

Gəmilərə davamlı hücumlar nəticəsində aparıcı daşıyıcılar ənənəvi marşrutlarını dəyişməli olublar ki, bu da qlobal ticarət və təchizat zəncirlərinə təsir göstərib. Birləşmiş Ştatlar husilərin hərəkətlərinə cavab olaraq Qırmızı dənizdə “Rifahın keşikçisi” əməliyyatı elan edib. Onun məqsədi su zonasında naviqasiya təhlükəsizliyini təmin etməkdir.

AzVision.az


Teqlər: İran   Qrem  





Xəbər lenti