Pakistanda Yeni il şənlikləri qadağan edildi

   Pakistanda Yeni il şənlikləri qadağan edildi
  28 Dekabr 2023    Oxunub:1098
Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar Fələstinə həmrəylik əlaməti olaraq ölkədə bütün Yeni il şənliklərini qadağan edib.
AzVision.az xəbər verir ki, bu barədə Geo telekanalı məlumat yayıb.

"Pakistan xalqı acınacaqlı vəziyyətdədir... buna görə də vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün qeyd etmələri qadağan etmək qərarına gəlib. Bütün pakistanlılara müraciət edirəm: məzlum fələstinlilərlə həmrəylik nümayiş etdirin və yeni il şəfəqləri kimi bunu sadə saxlayın”, - deyə Kakar televiziya vasitəsilə çıxışında bildirib.

Qeyd edək ki, BƏƏ-nin Şarja şəhəri də Fələstinlə həmrəylik şərəfinə Yeni il şənliklərinin keçirilməsinə qadağa qoyub.

AzVision.az


Teqlər:





Xəbər lenti