Zaxarova Qərbi irqçilikdə ittiham edib
Diplomat qeyd edib ki, Co Baydenin tribunadan ABŞ-ın yerli xalqları ilə qarşılıqlı əlaqənin vacibliyi haqqında dediyi sözlər onun hərəkətləri ilə ziddiyyət təşkil edir.
"Ştatlarda hindular hələ də rezervasiyalarda yaşayırlar. Hətta bəzi icmaların təxminən yarısı, hardasa 574 qəbilə inlara belə sahib deyillər", Zaxarova qeyd edib.
O, Amerika hindularının hüquqlar uğrunda mübarizəni davam etdirdiyini qeyd edərək, Amerika prezidentinin yerli icmaların hələ də keçmişin uğursuz siyasətlərinin kölgəsində yaşaması barədə sözlərini xatırladıb.
Zaxarova Kanada və Avstraliya hakimiyyətinin yerli əhaliyə qarşı siyasətini də xatırladıb: "Hakimiyyət 21-ci əsrdə aborigenlərdən uşaqları ələ keçirməyə davam edir".
AzVision.az
Teqlər: