Rusiyada 17 il əvvəl cinayət törədən azərbaycanlı saxlanılıb
Qeyd edilib ki, 2006-cı il yanvarın 2-də Vıborqda yanacaqdoldurma məntəqəsində VAZ-21072 markalı avtomobildə ürək nahiyəsindən bıçaq xəsarəti alan 31 yaşlı kişi cəsədi tapılıb. Ryazan şəhərində polis əməkdaşları keçirdikləri əməliyyat nəticəsində cinayətkar olduğu iddia edilən şəxs saxlanılıb. Onun 2021-ci ildə Rusiya vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı olduğu məlum olub.
Faktla bağlı cinayət işi açılıb. Hazırda cinayətkar Sankt-Peterburqa aparılıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: