Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib
  27 Dekabr 2023    Oxunub:906
Pakistan Silahlı Qüvvələri yerli “Fatah II” mənzili uzadılmış reaktiv yaylım atəşi sistemini (RYAS) uğurla sınaqdan keçirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fatah II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub.

Sistemin idarə olunan raketləri inersial-peyk yönləndirmə sistemi ilə təchiz edilib və 400 km-ə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.

KİV-in məlumatına görə, “Fatah” RYAS Pakistanın “Global Industrial & Defence Solutions” (GIDS) müdafiə şirkəti tərəfindən hazırlanıb və istehsal olunub. O, ABŞ-nin HIMARS (High Mobility Artillery Rocket System) sisteminin analoqu hesab olunur.

150 km-ə qədər uçuş məsafəsi olan “Fatah I” RYAS ilk dəfə Pakistanda 2021-ci ilin avqustunda sınaqdan keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti