Konstitusiya Məhkəməsi Prokurorluğun sorğusuna baxıb

Konstitusiya Məhkəməsi Prokurorluğun sorğusuna baxıb
  26 Dekabr 2023    Oxunub:902
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci və 29.5-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun gələn il yanvarın 16-na təyin edilmiş iclasında baxılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti