Armen Aşotyan həbs edildi |
Qeyd edək ki, Armen Aşotyan bu ilin iyununda həbs edilib. O və İrəvan Dövlət Tibb Universitetinin keçmiş rektoru Mikael Narimanyan universitetə məxsus təxminən 100 min dollar məbləğində əmlakı mənimsəməkdə ittiham olunurlar. Erməni siyasətçi sözügedən universitetin qəyyumlar şurasına rəhbərlik edib.
Fransa son illər Ermənistanın daxili işlərinə fəal şəkildə qarışır. Aşotyanın fransalı diplomatlarla görüşmək təcrübəsi də var. O, hələ 2015-ci ildə təhsil və elm naziri işləyərkən Fransanın baş naziri tərəfindən yüksək mükafata layiq görülmüşdü. Fransa tərəfi o vaxtkı nazirin Ermənistanda fransız dilinin və mədəniyyətinin yayılmasında göstərdiyi səyləri yüksək qiymətləndirmişdi.
Tural Tağıyev
AzVision.az