İrandan Ermənistana narkotik keçirmək istədilər
Dövlət Gəlirləri Komitəsinin gömrük idarəsinin əməkdaşları İrandan gələn avtobusda (sürücüsü İran vətəndaşı G.A. olub-red.) içərisində metamfetamin olan dəri çanta aşkar ediblər.
Çanta Çin vətəndaşı L.L-yə təhvil verilməli imiş. Axtarış zamanı onun İrəvandakı evində metamfetamin olan daha üç çanta aşkar edilib.
Narkotik maddələrin ümumi çəkisi 10 kq-dan, bazar dəyəri isə 800 milyon dramdan (təxminən 2 milyon dollar) çox olub.
Tural Tağıyev
AzVision.az
Teqlər: İran