Husilər Amerikanın pilotsuz təyyarəsini vurub
“Bizim hava hücumundan müdafiə qüvvələrimiz İsrailin əməliyyatlarına dəstək məqsədilə düşmənçilik hərəkətləri həyata keçirən Amerikanın MQ9 pilotsuz təyyarəsini ələ keçirə və vura bildi. Bu cür düşməncəsinə hərəkətlər Yəməndəki Husi milislərinin Fələstin xalqına dəstək məqsədilə İsrailə qarşı hərbi əməliyyatlarını davam etdirməsinə mane olmayacaq”, - husilərin yaydığı məlumatda deyilir.
ABŞ ordusu PUA-nın beynəlxalq hava məkanında, yoxsa Yəmən üzərində hədəfə alındığını müəyyənləşdirmək üçün bu sahədəki məlumatları təhlil edir.
AzVision.az